Rəsulzadə qəsəbəsinin sakinləri ilə görüş keçirildi
2016-cı il iyun ayının 10-da 100 saylı məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun və 9 saylı Binəqədi II Seçki Dairəsindən seçilmiş Millət Vəkili Kamaləddin Qafarovun M.Ə.Rəsulzadə qəsəbəsi sakinləri ilə növbəti görüşü keçirildi.
Görüşdə rayon rəhbəri və Millət vəkili ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial–iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Daha sonra qəsəbə sakinləri çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verdi.
Eyni zamanda Millət vəkili Kamaləddin Qafarov da səsləndirilən bir sıra məsələlərə müvafiq izahatlar verərək, onların həllinə köməklik göstərəcəyini bildirdi.