Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Atıcılıq Mərkəzində Olimpiya atıcılıq növləri üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi

21 iyun 2016 | 11:00

Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına əsasən Bakıda 15 Olimpiya atıcılıq növü üzrə dünya kuboku yarışı başlayıb.
Açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Beynəlxalq Atıcılıq Federasiyasının vitse-prezidenti Vladimir Lisin, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov iştirak etdilər.
Bakı Atıcılıq Mərkəzində keçirilən dünya reytinq cədvəlində xüsusi yer tutan yarışda 80 ölkədən 1013 idmançı mübarizə aparır. Dünya kuboku Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları ərəfəsində son mərhələdir.
İyunun 29-da başa çatacaq dünya kuboku yarışı Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və “Qəbələ” Atıcılıq Klubunun dəstəyi ilə təşkil olunub.
Sentyabrın 16-dan 23-dək isə “Qəbələ” atıcılıq klubunda ənənəyə uyğun olaraq Olimpiya atıcılıq növləri üzrə dünya kuboku yarışlarının final mərhələsi keçiriləcək.

Keçidlər