Azadlıq prospektinin Binəqədi rayonu ərazisinə düşən hissəsində geniş abadlıq-quruculuq işləri davam etdirilir
Sakinlərin sosial əhəmiyyətli sifarişlərinin həyata keçirilməsi məqsədi ilə Azadlıq prospektinin Binəqədi rayonu ərazisinə düşən hissəsində geniş abadlıq-quruculuq işləri davam etdirilir.
Prospektdə əsaslı təmirdən sonra yolun mühafizə hissəsinə aid olan ərazidə ekoloji tarazlığın qorunması məqsədilə abadlıq və yaşıllıq zonalarının salınması işləri aparılır. Ekoloji tarazlığın qorunması məqsədilə yeni yaşıllıq zonaları salınır, ağac və dekorativ gül kolları əkilir, ərazidə mütəmadi təmizlik işləri aparılır, avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək, həmçinin yollarda sıxlığı aradan qaldırmaq istiqamətində kompleks tədbirlər həyata keçirilir, Azadlıq prospekti 15/168, 14/166 ünvanında piyadaların təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək üçün səki daşları düzülür. Eyni zamanda hazırda Azadlıq prospekti 156, 158 və 160 saylı binaların eyvanlarında təmir-bərpa işləri aparılır.
Azadlıq prospekti 18 və 20/180 saylı binanın həyətində artezian quyusu qazılaraq, sakinlərin istifadəsinə verilib. Artezian quyusunun istifadəyə verilməsi binanın sakinlərinin şəxsi istifadəsi və ətrafda salınan yaşıllıqların suvarılmasına xidmət edəcəkdir.
Sakinlərin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə Azadlıq prospekti 32 saylı binanın qarşısında yeni park salınır. Həmin binanın qarşısında yerləşən Mərasim zalı əsaslı şəkildə təmir olunur.
Məhəllədaxili parklarda infrastrukturun yenilənməsi məqsədilə fəvvarə və fontanların təmiri işləri aparılır, avadanlıq və ehtiyat hissələri dəyişdirilir.
Əsas məqsəd sakinlərimizin rifahına xidmət etməkdir.