Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı 7-ci mikrorayon sakinləri ilə görüşdü

09 fevral 2013 | 11:00

2013-cü il fevralın 8-də 283 saylı orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun 7-ci mikrorayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 183 nəfər rayon sakini iştirak etmişdir.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi.
Mikrorayon sakinlərindən Elxan Əsgərov, Elçin İsmayılov, Məmmədrza Tahirbəyov, Svetlana Kərimova, Mahir Rəsulov, Roza Əhmədova və başqaları çıxış edərək mikrorayonda və yaşadıqları binalarda mövcud olan nöqsan və çatışmazlıqlarından söz açaraq onların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
 

Keçidlər