Şriftin ölçüsü :

Saytın rəngi :

Xocəsən qəsəbəsində “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı seminar- müşavirə keçirildi

28 iyun 2016 | 11:00

Xocəsən qəsəbəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Xocəsən Bələdiyyəsi arasında “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı seminar- müşavirə keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN Könüllülərinin də iştirak etdiyi tədbirdə “Multikulturalizm ili” çərçivəsində dini radikalizm və ektremizmə qarşı effektiv tədbirlərin həyata keçirilməsi, PİAR və mətbuatla iş, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarla işin koordinasiyalı qurulması və gənclərin asudə vaxtlarını səmərəli təşkili istiqamətində qarşılıqlı fikir mübadiləsi aparıldı.
İlk olaraq dini radikalizm və ektremizmə qarşı mübarizə sahəsi ilə əlaqədar olaraq bildirildi ki, milli-mənəvi dəyərlərin qorunub saxlanması, gənc nəslə aşılanması, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin daha çox keçirilməsi vacib məsələdir. Bu məqsədlə, qəsəbə sakinləri, xüsusilə gənclərlə müvafiq sahə üzrə mütəxəssislərin, milli qəhrəmanların, ağsaqqalların və tanınmış din xadimlərinin görüşlərini təşkil etmək faydalı ola bilər.
Müzakirə olunan məsələlərdən biri də gənclərin zərərli vərdişlərdən, radikal və ekstremist meyllərdən uzaq olması üçün təhsil və mədəniyyət müəssisələri ilə əməkdaşlıq məsələsi oldu.
Səhiyyə sahəsində, eləcə də qəsəbədə yerləşən iri sahibkarlıq subyektləri, ictimai birliklər və QHT-lərlə əməkdaşlıq çərçivəsində humanitar aksiyaların keçirilməsində bələdiyyələrin rolu mövzusunda da fikir mübadiləsi aparıldı.
Tədbir zamanı Xocəsən Bələdiyyəsində yeni yaradılmış İctimai-siyasi sektor haqqında məlumat verildi, ona rəhbərlik edəcək bələdiyyə qulluqçusu Pərvanə Gözəlova Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarına təqdim edildi və Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən Xocəsən Bələdiyyəsinin İctimai- siyasi sektoruna göstəriləcək metodoloji köməklik məsələləri müzakirə olundu.

Keçidlər