Binəqədi rayonunda 2016-cı ilin iyun ayı ərzində aparılan abadlıq-quruculuq işləri ilə bağlı məlumat
2016-cı ilin iyun ayında Binəqədi rayonunda 167 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 58 p/m su xətti dəyişdirilib, 343 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 3500 p/m kanalizasiya xətti təmizlənib.
Biləcəri qəsəbəsində 150 p/m qaz xətti çəkilib. Rayon ərazisində 11 ədəd açıq tipli qazsızma aradan qaldırılıb, 13 ədəd istifadə olunmayan yararsız qoşulma nöqtəsi ləğv edilib. 210 ədəd mexaniki sayğaclar smart-kart tipli sayğaclarla əvəz edilib.
Rayon ərazisində ümumilikdə 1569 metr müxtəlif gücə malik yeni kabel xətləri çəkilib, 4000 metr istismara yararsız kabel xətti dəyişdirilərək yenisi ilə əvəz edilib. Xocəsən qəsəbəsində 1 ədəd yeni 630 kv-luq KTM-933 quraşdırılıb. Y.Hüseynov küçəsində istismara yararsız transformator sökülərək, yeni 630 kv KTM quraşdırılaraq istismara verilib.
Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 20 saylı İstilik Sistemləri İstismar Sahəsi üzrə iyun ayı ərzində 12 qazanxana üzrə 2794 abonent və 2 məktəb, o cümlədən 10 qeyri dövlət obyektləri istiliklə təmin olunub.
3 saylı İSİS-in xidməti sahəsində olan bütün qazanxanalar və istilik məntəqələrində təmir, bərpa və abadlaşdırma işləri aparılıb.
Rayonun istilik təsərüfatının xidmət ərazisində 30 ədəd siyirtmə və 42 ədəd ventil təmir olunub. Yaşayış binalarının aşağı paylayıcı xəttlərində ventillər dəyişdirilərək yeniləri ilə əvəz olunub, məhəllədaxili istilik xəttləri dəyişdirilib.
Mikrorayonlarda və Biləcəri qəsəbəsində, Zərifə Əliyeva adına parkda 62 ədəd yararsız lampa və 145 metr yanmış kabel dəyişdirilib.
Bundan əlavə rayon ərazisində mövcud olan yaşıllıq sahələrində ağaclar budanıb və suvarılıb, quru ağaclar kəsilib, güllər əkilib və onlara qulluq edilib, təmizlik işləri aparılıb.
Bütün bunlarla yanaşı M.Ə.Rəsulzadə qəsəbəsində 15 ədəd Xan Çinarı, 20 ədəd Şam ağacı, 3000 ədəd gül, Azadlıq prospektində 5000 ədəd gül əkilib.
6, 7, 8 və 9-cu mikrorayonlarda yerləşən binaların 315 girişində ay ərzində ümumilikdə 97 şkaf sökülərək, pilləkənlərdə sakinlərin sərbəst hərəkətləri təmin edilib. 6, 8, 9-cu mikrorayonlarda olan yaşayış evlərinin 65 lift maşın şöbəsi və lift çalaları kənar əşyalardan təmizlənib. Ay ərzində xidməti ərazidə 200/36, 180/20, 203, 4b, 4a, 16a, 8, 209 saylı yaşayış evlərinin zirzəmilərində 235 p/m kanalizasiya xətti, 125 p/m su xətti dəyişdirilib. Ərazidə A.Kunanbayev küçəsi 4, Azadlıq prospekti 186/26, 180/20, A.Məmmədov küçəsi 145, 143, 135 saylı binalarda 612 kv.metr yumşaq dam örtüyü təmir edilib.
Azadlıq prospektinin yenidən qurulması və yolun genişləndirilməsi işləri həyata keçirilib. Yenidənqurma və yolun genişləndirilməsi zamanı 1800 metr uzunluğunda səki daşları dəyişdirilib, əraziyə yeni asfalt örtüyü çəkilib. Yenidənqurma işləri başa çatdırıldıqdan sonra prospekt boyunca Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yol kənarlarında yaşıllıq zolağı salınaraq qazon, dekorativ ağac və gül kollarının əkilməsi işlərinə başlanılıb.
\