Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə bələdiyyəsində bələdiyyə qulluqçuları ilə görüşü keçirildi

29 iyun 2016 | 11:00

29 iyun 2016-cı il tarixdə Binəqədi qəsəbə bələdiyyəsinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun bələdiyyə qulluqçuları ilə görüşü  keçirildi.
Görüşdə  Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Aparatın şöbə müdirləri və məsul əməkdaşları, həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Əliyev iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov görüşü açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə və eləcə də Binəqədi rayonunda sosial-iqtisadi, ictimai-siyasi və həmçinin abadlıq və quruculuq sahəsində  görülən işlərdən, əldə edilmiş nailiyyətlərdən ətraflı söhbət açdı. Sonra çıxışını davam edən Xaləddin İsgəndərov son vaxtlar bələdiyyələrin qanunvericilik bazasının mökəmləndirilməsi, onların statusunun artırılması, cəmiyyətdə bələdiyyələrin nüfuzunun artırılması istiqamətində  ölkədə  aparılan məqsədyönlü işlərdən danışdı.
Daha sonra Binəqədi bələdiyyəsinin rəhbərliyini və şöbə müdirlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı əldə edilən uğurlarla yanaşı, Bələdiyyələrdə etik davranış və daxili nizam-intizam qaydalarına riayət edilməsi, vətəndaş mənmunluğunun təmin edilməsi, bələdiyyənin maddi texniki bazasının gücləndirilməsi, ərazinin sanitar təmizliyinin daima nəzarətdə saxlanılması, qəsəbədə fəaliyyət göstərən müxtəlif təşkilatlarla qarşılıqlı iş birliyinin qurulması, təhsil, səhiyyə və mədəniyyət müəssisələri ilə sıx əməkdaşlığın yaradılması, bələdiyyələrdə ictimai-siyasi və humanitar məsələlər sektorunun yaradılması, qəsəbə ərazisində gənclərin dini radikalizmə meyllənməsinin qarşısının  alınması və digər məsələlər ətrafında hələ görüləsi işlərin kifayət qədər olduğunu bələdiyyə qulluqçularının diqqətinə çatdıraraq, bu istiqamətdə qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədi ilə öz tövsiyələrini verdi.

Keçidlər