Binəqədi rayonunda polis işçilərinin peşə bayramı qeyd olundu
İyulun 1-də Binəqədi rayonunda polis işçilərinin peşə bayramı qeyd edildi.
Binəqədi Rayon Polis İdarəsində keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon Polis idarəsinin rəisi Namiq İsmayılov, Binəqədi Rayon prokuroru Nazim İmanov, DTX Binəqədi rayon Şöbəsinin rəisi Polad Abdullayev, Rayon Ağsaqqallar Şurasının sədri, təqaüddə olan ədliyyə general-mayoru Akif Rəfiyev, Rayon İcra Hakimiyyəti Aparatın Hüquq şöbəsinin müdiri Yunis Hüseynov, Aparatın məsul işçiləri, İdarənin şəxsi heyəti, ehtiyatda olan polis əməkdaşları və rayonun şəhid ailə üzvləri iştirak etdilər.
Dövlət himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov açaraq qonaqları təqdim etdi. Daha sonra N.İsmayılov Polis gününün yaranması tarixindən və bu gün bu sahədə əldə edilən uğurlardan danışdı.
Daha sonra Daxili İşlər naziri Ramil Usubovun təbrik teleqramını oxumaq üçün söz Təşkilati inspektor qrupunun baş inspektoru polis polkovnik leytenantı Qafar Haqverdiyevə verildi.
Sonra tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov Rayon İcra Hakimiyyəti adından şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzuladı. Natiq çıxışında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə ictimai asayişin və qanunun keşiyində ayıq-sayıq dayanmaq kimi şərəfli missiyanı Azərbaycan polisinin ləyaqətlə yerinə yetirdiyini vurğuladı.
Daha sonra çıxış edənlər Rayon Ağsaqqallar Şurasının sədri, təqaüddə olan ədliyyə general-mayoru Akif Rəfiyev, keçmiş polis əməkdaşı Nazim Mirzəyev və şəhid ailəsinin üzvi Səkinə Dadaşova bu şərəfli sahədə çalışanları təbrik edərək, dövlətin bu sahəyə verdikləri diqqət, qayğıdan danışdılar.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 29 iyun 2016-cı il tarixli 137 saylı sərəncamını oxumaq üçün söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Yunis Hüseynova verildi və sərəncam toplantı iştirakçılarının diqqətinə çatdırıldı.
Daha sonra xidməti vəzifəsində fərqlənmiş 22 nəfər polis işçisinə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim edildi.
Tədbiri yekun nitqi ilə yekunlaşdıran Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov dövlət başçısı cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqəti xüsusi məmnunluqla ifadə etmiş və bu peşə sahiblərinə daim bu diqqəti dəyərləndirməyi tövsiyə etdi.
Natiq çıxışının yekununda Binəqədi Rayon İcra Hakimiyyətinə şəxsi heyət adından öz təşəkkürünü bildirdi.