Sakinlərin Müraciət Xidmətinə 2016-cı ilin iyun ayında daxil olan müraciətlər haqqında hesabat
2016-cı ilin iyun ayında Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 2917, birbaşa cavablandırılan zənglərin sayı 2284, yaradılan əks əlaqələrin sayı 826, günlük orta zəng sayı 90, tərtib edilən şikayət vərəqələrinin sayı 633 olub.
Şikayət xarakterli müraciətin 633-nün icrası təmin edilib, o cümlədən 452-si və ya 71,4 %-i tam həll olunub, 64-ü və ya 10,1 %-i qismən həll edilib, 117-si və ya 18,5 %-nə müvafiq izahat verilərək həll edilib.
İyun ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 435-i və ya 69 %-i su-kanalizasiya, 63-ü və ya 10 %-i qaz təchizatı, 58-i və ya 9,2 %-i lift problemləri, 36-sı və ya 5,6 %-i sakinləri narahat edən digər məsələlər, 20-i və ya 3 %-i elektrik təchizatı ilə bağlı, 15-i və ya 2 %-i zibil və tullantılar ilə əlaqədar, 5-i və ya 1 %-i küçələrin işıqlandırılması idarəsi, 1-i və ya 0,2 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar olub.
Xidmətə ay ərzində 20 təşəkkür müraciəti daxil olub.