Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirildi

14 fevral 2013 | 11:00

2013-cü il 13 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalq yazıçısı, nasir, publisist, Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Abdullayevin  Binəqədi rayon oxucuları ilə görüşü keçirildi.
Tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açaraq Azərbaycanda və dünyada Çingiz Abdullayev əsərlərinin özünəməxsus yeri olduğunu, onun ölkəmizdə və xaricdə tanındığı və dəyərləndirildiyini qeyd etdi.
Daha sonra xalq yazıçısı Çingiz Abdullayev öz yaradıcılığından, yazdığı son kitablarından və onları yazarkən rastlaşdığı maraqlı hadisələrdən danışdı. Görüş oxucuların sualları ilə davam etdi.
Sonda Çingiz Abdullayev oxucuların kitablarını imzalayaq onlarla xatirə şəkilləri çəkdirdi.

Keçidlər