Binəqədi rayonunda Avropa çempionu 6 yaşlı istedadlı şahmatçı Ziya Məmmədovla görüş keçirildi
4 iyul tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Avropanı mat qoyan Binəqədi rayon sakini 6 yaşlı istedadlı şahmatçı Ziya Məmmədovu qəbul etdi.
Keçirilən görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və 6 yaşlı şahmatçının valideynləri iştirak etdilər.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı balaca şahmatçını və onun valideynlərini əldə etdiyi qələbə münasibətilə təbrik etdi, gələcək fəaliyyətində Ziya Məmmədova uğurlar dilədi. Natiq görüş zamanı bildirdi ki, bu gün dövlət başçısının idman sahəsinə göstərdiyi diqqət və qayğını balaca Ziyanın əldə etdiyi uğurların timsalında görə bilərik. Bu yaşda Ziya balamızın əldə etdiyi qələbə Siz valideynlərlə yanaşı bizləri də çox sevindirdi.
Səmimi keçən görüşdə balaca Ziya əldə etdiyi uğurlardan danışdı.
Yunanıstanın Halkidiki şəhərində keçirilən Avropa çempionatında Binəqədi rayon sakini 6 yaşlı istedadlı şahmatçı Ziya Məmmədov 7 yaşlılar arasında Avropa çempionu oldu. Şahmatçımız özündən böyüklərlə mübarizə apararaq mümkün 9 xaldan 8 xal qazandı. Balaca şahmatçı 7 oyunda qalib gəlib və 2 qarşılaşmanı heç-heçə ilə başa vurub.