Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edildi

05 iyul 2016 | 11:00

5 iyul tarixində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edildi.
İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlandı.
Mərasimdə iştirak edən  BDU-nun ilahiyyat fakültəsinin dekanı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tanınmış şərqşünas-alim Vasim Məmmədəliyev  çıxış edərək “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə  qonaqlara minnətdarlığını bildirdi.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kəmaləddin Qafarov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Binəqədi RİH başçısı Aparatının əməkdaşları, Rayon bələdiyyələrinin sədrləri, tanınmış muğam ustası, Azərbaycan Respublikasının xalq artisti Alim Qasımov, filologiya üzrə fəlsəfə doktoru Vərağa Almaslı, ilahiyyatçı Tərlan Məmmədov, ağsaqqallar, ziyalılar, din xadimləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ASAN Könüllüləri və fəal gənclər iştirak etdilər.
İftar mərasimdə “Qurani-Kərim”dən ayələr və Ramazan duası oxunduqdan sonra tanınmış xanəndə, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ehtiram Hüseynov muğam ifa etdi.
Daha sonra mərasimdə iştirak edən Azərbaycanın dünya miqyasında tanınan muğam ustadı Alim Qasımovun ifasında muğam parçası səsləndirildi.

Keçidlər