Müqəddəs Ramazan Bayramı münasibəti ilə Binəqədi rayonunda fəaliyyət göstərən dini icma və məscidlərə ziyarət təşkil olundu
5 iyul tarixində Binəqədi rayonunda fəaliyyət göstərən dini icma və məscidlərə Müqəddəs Ramazan Bayramı münasibəti ilə ziyarət təşkil olundu.
Məscidlərin axundları, imamları və dini icma nümayəndələri ilə keçirilən görüşlərdə onların timsalında məscidlərə ibadət üçün gələn sakinlərimizin Müqəddəs Ramazan Bayramı təbrik olundu.
Ölkəmizdə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini tolerantlığın milli siyasətin məntiqi nəticəsi olması, eləcə də, dini tolerantlıq sahəsində əldə edilən uğurların dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı mübarizədə faydalı olması görüşlərin əsas müzakirə mövzusu oldu.
Təbrikləri qəbul edən din xadimləri göstərilən diqqət və qayğıya, Azərbaycanda mövcud olan tolerantlıq ənənələri və multikultural dəyərlərin təbliğinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.