Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Ramazan bayramı münasibəti ilə Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələri, ahıl sakinlər, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən fiziki qüsurlu şəxslər ziyarət olundu

05 iyul 2016 | 11:00

5 iyul tarixində Binəqədi rayonunda Ramazan bayramı münasibəti ilə Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələri, ahıl sakinlər, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən fiziki qüsurlu şəxslər evlərində ziyarət olundu.
Keçirilən görüşlərdə Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə olan ASAN Könüllüləri, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Binəqədi rayon təşkilatının və “Şəhid Anaları Xeyriyyə Mərkəzi” İctimai Birliyinin rayon şöbəsinin sədrləri  iştirak etdi.
Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov mübarək Ramazan ayı münasibətilə Rayon İcra Hakimiyyəti adından ziyarət edilən ailələri təbrik etdi. Qeyd olundu ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır.
Ziyarət olunan ailələr müqəddəs kitabımız olan "Qurani-Kərim"in bizə nazil olduğu bu Ramazan ayında onlara göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər