Binəqədi bələdiyyəsində “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı seminar- müşavirə keçirildi
11 iyul tarixində Binəqədi Rayon İcra Hakimiyyəti ilə Binəqədi bələdiyyəsi arasında “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı seminar- müşavirə keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN Könüllülərinin də iştirak etdiyi tədbirdə “Multikulturalizm ili” çərçivəsində dini radikalizm və ektremizmə qarşı effektiv tədbirlərin həyata keçirilməsi, PR və mətbuatla iş, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarla işin koordinasiyalı qurulması və gənclərin asudə vaxtlarını səmərəli təşkili, sosial layihələrin keçirilməsi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparıldı.
İlk olaraq görüşü Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov açaraq RİH-nin məsul əməkdaşlarını bələdiyyə qulluqçularına təqdim etdi.
Daha sonra Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı bələdiyyə quluqçularını təqdim etdi və görüşün səmərəliyi haqqında məlumat verdi.
Təqdimatlardan sonra hər iki tərəf arasında İctiami-siyasi və humanitar məsələlər sahəsində o cümlədən, təhsil, məktəbəqədər təhsil, səhiyyə, din, mədəniyyət, KİV-lə əməkdaşlıq, sosial şəbəkələrlə işin təkmilləşdirilməsi və eyni zamanda sosial layihələrin icra edilməsi sahəsində müzakirələr aparıldı. Müzakirələr zamanı bir sıra mühüm təkliflər irəli sürüldü və həmin təkliflərdən ibarət tədbirlər planının hazırlanması tövsiyyə olundu.
Müzakirələr zamanı Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri də təkliflərini irəli sürərək çıxış etdilər.
Tədbir zamanı Binəqədi bələdiyyəsində yeni yaradılmış İctimai-humanitar sektor haqqında məlumat verildi, ona rəhbərlik edəcək bələdiyyə qulluqçusu İradə Mustafayeva Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarına təqdim edilərək, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən Binəqədi bələdiyyəsinin İctimai-siyasi sektoruna göstəriləcək metodoloji köməklik məsələləri müzakirə olundu.