Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında ASAN könüllülərinin təcrübə prosesi davam edir
12 iyul 2016 | 11:00
25 may tarixindən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında təcrübəyə başlayan 4-cü qrup ASAN könüllüləri öz işlərini uğurla davam etdirirlər.
Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Həm də könüllü olaraq gənclərin fəal olması sevindirici haldır.