“Dövlət qulluğuna gənclərin maraq və imkanlarının artırılması” adlı layihə çərçivəsində təlimlər yekunlaşdı
12 iyul 2016 | 11:00
12 iyul 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən “Dövlət qulluğuna gənclərin maraq və imkanlarının artırılması” adlı layihə çərçivəsində təlimlər yekunlaşdı.
Təlimi uğurla bitirən gənclərə sertifikatlar təqdim edildi.
Təlimlərdə Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri də sertifikat əldə etdilər.