Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü ” ilə bağlı təlimlərə start verildi

13 iyul 2016 | 11:00

13 iyul tarixində YAP Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi “22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü” ilə bağlı təlimlərin açılış mərasimi keçirildi.
Keçirilən təlimin açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, təlimçi Tofiq Sadıqov, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri, YAP Binəqədi rayon təşkilatının fəal üzvləri, İcra nümayəndələri, bələdiyyələrin, YAP Binəqədi rayon təşkilatının və Rayon Gənclər və İdman İdarəsinin səhifələrini idarə edən adminlər iştirak etdilər.
İlk öncə təlimin açılışını edən YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva hər kəsi salamladı və bu cür təlimlərin gənclər üçün əhəmiyyətli olduğunu diqqətə çatdırdı.
Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının təşkil etdiyi “22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü ” ilə bağlı  təlimlər haqqında məlumat verdi.
Daha sonra Binəqədi rayon səhifəsi haqqında o cümlədən, rayon icra nümayəndələrinin və bələdiyyələrin səhifələri haqqında 6 aylıq təhlil barəsində məlumatları Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova diqqətə çatdırdı.
Təqdimatdan sonra təlimçi Tofiq Sadıqovun moderatorluğu ilə “Sosial şəbəkələrin düzgün idarə edilməsi və aktivliyin artırılması istiqamətində görüləcək işlərin təkmilləşdirilməsi” mövzusunda təlimə start verildi.
Təlim zamanı səhifə adminlərini maraqlandırılan suallar da cavablandırıldı.
Təlimdən sonra iştirakçılar praktik tapşırıqları icra etdilər.

Keçidlər