Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 47-ci ildönümünə həsr edilmiş tədbir keçirildi

14 iyul 2016 | 11:00

14 iyul tarixində Binəqədi Rayon İcra Hakimiyyətində Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 47-ci ildönümünə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, Aparatın əməkdaşları, rayonun qəsəbə və sahə inzibati ərazi dairələri üzrə  nümayəndələri, bələdiyyələr və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak etdilər.
Tədbirdən əvvəl iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərə ehtiramlarını bildirdilər.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini  Vüsar İsmayılov 14  iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışdı. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq ümummilli liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini qeyd etdi.
Daha sonra “Zirvədən Zirvəyə və Əbədiyyətə" mövzusunda məruzə ilə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə ulu öndərin təkcə dövlət quruculuğu sahəsində deyil, milli quruculuqda da xalqa liderlik etdiyini vurğuladı. Natiq bildirdi ki, 1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında Günəş doğdu. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcı oldu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Bu danılmaz məntiqin mahiyyətinə qədərincə varmaq üçün insanda yalnız heyrət doğuran faktların təkcə bir qisminə diqqət yetirmək kifayətdir. Bu gün bütün sahələrdə əldə edilən uğurlar hər birinin qayəsində Ulu Öndərin ideyaları dayanır. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət hələ ölkəmizi daha böyük uğurlara sövq edəcəkdir. Necə ki, hər birimiz hər ildə əldə edilən uğurların nümunəsində bunları görə bilirik.

 

 

 

 

 

Keçidlər