Binəqədi rayonunda Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 47-ci ildönümü münasibətilə konsert proqramı təşkil olundu
Binəqədi rayonunda Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 47-ci ildönümü münasibəti ilə Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və 26 №li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə konsert proqramı təşkil olundu.
Tədbirin aparıcıları 14 iyul 1969-cu il tarixinin Azərbaycan xalqının yaddaşlarında əbədi olaraq həkk olduğunu qeyd edərək, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, Azərbaycanın inkişafı naminə gördüyü işlərdən geniş məlumat verdilər.
Konsert proqramında çıxış edən Binəqədi rayon orta ümumtəhsil məktəbləri arasında keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Azərbaycan Səninlədir-Sənsiz deyil” VI yaradıcılıq festivalının laureatları və müğənni Fədayə Laçının musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılandı.
\