Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü ” ilə bağlı keçirilən təlimlər uğurla davam etdirilir

14 iyul 2016 | 11:00

14 iyul tarixində YAP Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi “22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü” ilə bağlı təlimlərin ikinci mərhələsi keçirildi.
Keçirilən təlimin ikinci günündə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva,  İTV-nin “Yeni Gün” proqramının aparıcısı Saleh Bağırov, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri, YAP Binəqədi rayon Təşkilatının fəal üzvləri, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin, YAP Binəqədi rayon təşkilatının və Rayon Gənclər və İdman İdarəsinin səhifələrini idarə edən adminlər iştirak etdirlər.
Təlimin ikinci günü 14 iyul tarixi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 47-ci ildönümünə təsadüf etdiyindən təlim iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva çıxışında qeyd etdi ki, hər bir xalqın milli mənəvi irsini, əxlaqi dəyərlərini, genetik yaddaşını gələcək nəsillərə ötürmək missiyası kimi çətin və məsuliyyətli vəzifənin gerçəkləşməsində fenomenal şəxsiyyətlərin rolu əvəzsizdir. Heydər Əliyev belə şəxsiyyət olmaqla bu baxımdan xalqımız üçün bənzərsiz və unudulmazdır. Ümummilli Lider Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, xalqımızın və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirib. Azərbaycan xalqı Heydər Əliyevin qurub yaratdıqlarından bəhrələnir və bundan sonra da çox-çox illər bəhrələnəcəkdir.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova layihə haqqında o cümlədən Ulu Öndərin mətbuat sahəsinə göstərdiyi diqqətdən söz açdı. Natiq çıxışında bildirdi ki, məhz mətbuat günü ərəfəsində Binəqədi rayonunda təşkil edilən bu təlimlərin əsas məqsədi önə çəkilən mövzular sahəsində gəncləri maarifləndirmək və bu sahədə işləri təkmiləşdirməkdir.
Çıxışlardan sonra “Mənim elektron dünyam” adlı videoçarx nümayiş edildi.
Sonra İTV-nin “Yeni Gün” proqramının aparıcısı Saleh Bağırovun moderatorluğu ilə “TV və İnternet-Tv “ mövzusunda təlimin ikinci hissəsinə start verildi.
Mövzu əsasında gəncləri maraqlandırılan suallar cavablandırıldı və təlim diskussiya şəkilində davam etdirildi.

Keçidlər