Binəqədi bələdiyyəsində vətəndaş müraciətlərinə baxılması, sənədlərlə işin və vətəndaşların qəbulunun təşkili ilə əlaqədar treninq keçirildi
15 iyul 2016-cı il tarixində Binəqədi bələdiyyəsində bələdiyyə qulluqçularına və Rayon İcra Hakimiyyəti başçısının 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin əməkdaşlarına vətəndaş müraciətlərinə baxılması, sənədlərlə işin və vətəndaşların qəbulunun təşkili ilə əlaqədar treninq keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdİyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası” izah olundu və onları maraqlandıran suallar cavablandırıldı.
Treninqdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının digər məsul əməkdaşları da iştirak etdilər.