Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü ” ilə bağlı keçirilən təlimlər yekunlaşdı

15 iyul 2016 | 11:00

15 iyul tarixində YAP Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi “22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü” ilə bağlı təlimlərin yekun mərhələsi keçirildi.
Keçirilən təlimin yekun mərhələsində Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva,  Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təsisçisi, 7 news.az saytının rəhbəri Səbuhi Abbasov, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri, YAP Binəqədi rayon təşkilatının fəal üzvləri, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin, YAP Binəqədi rayon təşkilatının və Rayon Gənclər və İdman İdarəsinin səhifələrini idarə edən adminlər iştirak etdilər.
Təlimin yekun mərhələsində çıxış edənlər Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva 3 gün ərzində keçirilən təlimlərin əhəmiyyətindən danışaraq, belə təlimlər davamlı olaraq keçiriləcəyini qeyd etdilər.
Sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təsisçisi, 7 news.az saytının rəhbəri Səbuhi Abbasovun moderatorluğu ilə “Sosial şəbəkələrdə saytlardan düzgün istifadə qaydaları”, “Saytlarla əməkdaşlığın düzgün aparılması üçün vacib olan amillər”, “Sosial şəbəkələrdə təhlükəsizlik qaydaları”, “sosial medianın əhəmiyyəti” mövzuları əsasında təlimin yekun mərhələsi keçirildi.
Mövzu əsasında gəncləri maraqlandırılan suallar cavablandırıldı və təlim diskussiya şəkilində davam etdi.
Təlimin yekun mərhələsində xatirə fotosu çəkdirildi.

Keçidlər