Şriftin ölçüsü :

Saytın rəngi :

12 avqust 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbəsinin sakinləri ilə səyyar qəbulu keçirildi

12 avqust 2025 | 13:08

12 avqust 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Binəqədi-Mehdiabad yolunda kanalizasiya xəttinin yenilənməsi məsələsinə baxılması, Mayak küçəsində məişət tullantılarının təmizlənməsi və konteynerlərin yerləşdirilməsi məsələsinə baxılması, I mədən, korpus 1 ünvanında elektrik enerjisi təchizatının zəif olması məsələsinə baxılması, III mədən, korpus 125 ünvanında kanalizasiya probleminin aradan qaldırılması məsələsinə baxılması, III mədən, korpus 125 ünvanında elektrik enerji təchizatının zəif olması ilə əlaqədar, Şam küçəsində kanalizasiya xəttinə qoşulma məsələsinə baxılması, Binəqədi-Mehdiabad yolu ünvanında sahibsiz heyvanların yığışdırılması ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər