Şriftin ölçüsü :

Saytın rəngi :

12 mart 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

12 mart 2024 | 19:21

12 mart 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, bələdiyyənin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin H.Babaşov küçəsi 15 saylı ünvanda sahibsiz küçə heyvanlarının ərazidən yığışdırılması, H.Babaşov küçəsi 9 saylı ünvanda ağacların budanması, S.Məmmədova küçəsi 203b saylı ünvana asfalt örtüyünün çəkilməsi, İ.Həşimov küçəsi 8 saylı  ünvanda binanın zirzəmisinin və girişlərin dezinfeksiya olunması, A.Məmmədov küçəsi 87 saylı ünvanda binanın fasadının təmiri, M.Cəlal küçəsi 51 saylı ünvanda istiliyin dərəcəsinin artırılması, M.Cəlal küçəsi 41 saylı ünvanda su idarəsi tərəfindən aparılmış qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər