Şriftin ölçüsü :

Saytın rəngi :

12 sentyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

12 sentyabr 2024 | 14:34

12 sentyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Hacıbababəyov küçəsində asfalt örtüyünün salınması və küçənin işıqlandırılması, Baksol yaşayış massivində sahibsiz heyvanların yığışdırılması, Baksol yaşayış massivində üstüaçıq kanalın təmizlənməsi, Zəngəzur  küçəsində küçə işıqlarının təmir olunması, R.Aboyev adına parkda qurumuş ağacların budanması və götürülməsi, su sayğacında yazılmış artıq borcun dəqiqləşdirilməsi, Eldar Babayev küçəsi 18 saylı binanın həyətinin abadlaşdırılması, Baksol yaşayış massivində üstüaçıq kanalın təmizlənməsi, Z.Qəmbərov küçəsində bir neçə kanalizasiya lyuklarin kənarlarının asfaltlanması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

 

Keçidlər