Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsulzadə bələdiyyəsində “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı seminar- müşavirə keçirildi

18 iyul 2016 | 11:00

18 iyul tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti ilə Rəsulzadə bələdiyyəsi arasında “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı seminar-müşavirə keçirildi.

Keçirilən seminar-müşavirədə Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai – siyasi və humanitar məsələlər, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşları, Rəsulzadə bələdiyyəsinin sədri, bələdiyyə quluqçuları və Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri iştirak etdilər.

Keçirilən görüşdə dini radikalizm və ektremizmə qarşı effektiv tədbirlərin həyata keçirilməsi, PR və mətbuatla iş, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarla işin koordinasiyalı qurulması və gənclərin asudə vaxtlarını səmərəli təşkili, sosial layihələrin keçirilməsi  istiqamətində qarşılıqlı fikir mübadiləsi aparıldı.

İlk olaraq görüşü Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov açaraq RİH-nin məsul əməkdaşlarını bələdiyyə qulluqçularına təqdim etdi.

Daha sonra Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bələdiyyə quluqçularını təqdim etmiş və görüşün səmərəliyi haqqında məlumat vermişdir. O cümlədən, müzakirə edilcək məsələlərə diqqət çəkən natiq bələdiyyələrdə yaradılan ictimai- humanitar sektorun əhəmiyyətdən danışaraq, bu sahədə planlaşıdırlan layihələrdən danışdılar.

Təqdimatlardan sonra hər iki tərəf arasında İctimai-siyasi və humanitar məsələlər sahəsində o cümlədən, təhsil, məktəbəqədər təhsil, səhiyyə, din, mədəniyyət, KİV-lə əməkdaşlıq, sosial şəbəkələrlə işin təkmilləşdirilməsi və eyni zamanda sosial layihələrin icra edilməsi sahəsində müzakirələr aparıldı. Müzakirələr zamanı bir sıra mühüm təkliflər irəli sürüldü və həmin təkliflərdən ibarət tədbirlər planının hazırlanması tövsiyyə olundu.

Müzakirələr zamanı Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri də təkliflərini irəli sürərək çıxış etdilər.

Tədbir zamanı Rəsulzadə bələdiyyəsində yeni yaradılmış İctimai-humanitar sektor haqqında məlumat verildi, ona rəhbərlik edəcək bələdiyyə üzvi Jalə Tofiqqızı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarına təqdim edildi, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən Rəsulzadə bələdiyyəsinin İctimai-siyasi sektoruna göstəriləcək metodoloji köməklik məsələləri müzakirə olundu.

Görüşün sonunda xatirə fotosu çəkdirildi.

Keçidlər