Rayonun fəal gəncləri və ASAN könüllüləri 22 iyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “ASAN FM” radiosunun qonağı oldular
20 iyul tarixində Binəqədi rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun fəal gəncləri və ASAN könüllüləri 22 iyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “ASAN FM” radiosunun qonağı oldular.
İlk öncə “ASAN FM” radiosunun rəhbərliyi ilə görüş keçirildi.
Görüşdə “ASAN FM” radiosunun direktoru Emin Musavi, Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN Könüllüləri iştirak etdilər.
Səmimi keçən görüşdə ilk öncə “ASAN FM” radiosunun direktoru Emin Musavi gəncləri salamladı və “ASAN FM” radiosu haqqında geniş məlumat verdi.
Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinin salamlarını çatdırdı və “ASAN FM” radiosunun kollektivini Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik etdi.
Daha sonra YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN Könüllüləri öz səmimi fikirləri ilə bölüşdülər.
Görüşdən sonra “ASAN FM” radiosunun inzibati binası ilə tanışlıq oldu və sonda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən bayram münasibətilə “ASAN FM” radiosuna hədiyyə edilən tort kəsildi.
Milli Mətbuat və Jurnalistika Günü “ASAN FM” radiosunun qeyd etdiyi ilk peşə bayramıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılan “ASAN Radio” 24 dekabr 2015-ci il tarixdən etibarən 100 FM dalğasında test yayıma başlamış və artıq 7 aydır ki, radio öz fəaliyyətini uğurla davam etdirir.