Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Dövlət qulluğunda protokol qaydaları” mövzusunda seminar keçirildi

21 iyul 2016 | 11:00

21 iyul 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin konfrans zalında “Məlumat saatı” keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyələr, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, idarə, təşkilat və müəssisələrin əməkdaşları iştirak etdilər.
Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ölkəmizdə dövlət idarəçiliyi sahəsində aparılan islahatlardan bəhs etdi. Bildirdi ki, dövlətimizin əldə etdiyi bütün uğurlarda dövlət qulluqçularının öz payı var. Məhz dövlət qulluqçusunun öz işinə münasibəti, onların etik davranış qaydalarına əməl etməsi, bir tərəfdən dövlət siyasətinin həyata keçirilməsini təmin edən, digər tərəfdən ölkə vətəndaşlarının dövlət idarəetmə orqanlarına münasibətini formalaşdıran əsas amillərdəndir.
Sonra Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova 14-20 iyul 2016-cı il tarixlərdə Azərbaycan Respublikası Prezidentinin keçirdiyi görüşlər, qəbullar, iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar barədə məlumat verdi.
“Məlumat saatı”nın ikinci hissəsində ASAN Təlim-Tədris mərkəzinin müdiri və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Nazənin Hüseynova “Dövlət qulluğunda protokol qaydaları” mövzusunda təqdimatla çıxış etdi.

Keçidlər