Şriftin ölçüsü :

Saytın rəngi :

“Fəlsəfi söhbət” layihəsinin açılış mərasimi və ilk görüşü keçirildi

22 iyul 2016 | 11:00

22 iyul 2016-cı il tarixdə Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyi, Gənc Psixoloqlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Fəlsəfi söhbət” layihəsinin açılış mərasimi və ilk görüşü keçirildi.
Açılış mərasimini giriş sözü ilə açan tədbirin moderatoru Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə layihənin keçirilmə məqsədi, seçim turları barədə qonaqlara və layihə iştirakçılarına ətraflı məlumat verdi.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva isə qonaqları və layihədə iştirak etmək hüququ qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzu etdi.
Daha sonar çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov Binəqədi rayonunda gənclərə göstərilən diqqət və qayğıdan, onların uğurlarından söz açaraq layihə iştirakçılarını daha da aktiv olmağa çağırdı.
Gənc Psixoloqlar İctimai Birliyinin baş katibi Rövşən Hümbətov isə layihənin ideyasının necə yaranmasından və onun aktuallığını şərtləndirən əsas amillərdən söz açdı.
Qonaqlar, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov, eləcə də Xəzər Universitetinin dosenti, filosof Mail Yaqub açılış mərasimində layihənin ilk ekspert qonaqları qismində çıxış etdiklərindən məmnunluqlarını ifadə edərək, iştirakçıları təbrik etdilər.
Açılış mərasiminin ardından layihə iştirakçıları Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası ilə yaxından tanış edildilər və simvolik olaraq layihənin loqosunu üzərinə əks etdirən tort kəsdilər.
Çay fasiləsindən sonra isə ekspertlərin iştirakı ilə “İnsanı təkmilləşdirən Qərb, yoxsa kamilləşdirən Şərq” mövzusunda müzakirələrə başlanıldı və görüş qarşılıqlı diskussiyalar şəklində davam etdirildi, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
İki ay müddətində davam edəcək layihə Azərbaycan və dünyada olan elmi, fəlsəfi və psixoloji nəzəriyyələri diskussiya və təlimlər formasında gənclərə çatdırmaq, onların fəlsəfi biliklərə daha dərindən yiyələnməsini təşkil etmək üçün nəzərdə tutulub.

Keçidlər