Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Tennis” üzrə rayon birinciliyi keçirildi

25 iyul 2016 | 11:00

25 iyul 2016-cı il tarixdə Bakı Tennis Akademiyasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi  və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Tennis Federasiyası və Bakı Tennis Akademiyasının dəstəyilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 22-ci ildönümünə həsr olunmuş “Tennis” üzrə rayon birinciliyi keçirildi.
Birincilik 4 (dörd) yaş qrupu üzrə oğlan və qızlar arasında keçirildi.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, Tennis Federasiyasının əməkdaşı, tennis üzrə yığma komandanın baş məşqçisi Yalçın Manaflı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, idmançıların valideynləri iştirak etdilər.
Mükafatlandırma mərasimində çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, yığma komandanın baş məşqçisi Yalçın Manaflı və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov Gənclər və İdman Nazirliyinin yaradılmasının 22-ci ildönümü münasibətilə qonaqları və yarış iştirakçılarını təbrik etdilər. Bildirdilər ki, idmanın hər bir ölkə üçün böyük əhəmiyyəti var. Hər bir ölkənin ictimai həyatında idman çox mühüm rol oynayır. Ölkəni dünyada tanıdır, ölkənin imicini qaldırır. Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda böyüməsi, eyni zamanda zərərli vərdişlərdən uzaq olması üçün idman xüsusi önəm kəsb edir.
Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, kubok və medallarla təltif olundular.

Keçidlər