Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vəzir Sədiyevin xatirəsi anıldı

20 fevral 2013 | 11:00

2013-cü il fevralın 19-da Azərbaycanın Respublikasının Milli Qəhrəmanı Vəzir Sədiyevin anım günü ilə əlaqədar tədbir keçirildi.
Anım günündə Vəzir Sədiyevin ailə üzvləri, döyüş yoldaşları, ictimai birliklərin nümayəndələri, müəllim və şagirdlər iştirak edirdi.  Tədbirdə çıxış edən Milli Qəhrəmanın qardaşı Bəhram Sədiyev onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışaraq qeyd etdi ki, Qarabağda başlayan savaş onu müharibəyə aparıb. Könüllü olaraq müharibəyə gedən Vəzir Sədiyev döyüş yoldaşlarına nümunə göstərib.
Digər çıxış edənlər - Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma ictimai birliyinin sədri Elşən Uluxanlı, sədr müavini Rüzgar Əliyev və Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Milli Qəhrəmanın şəxsi şücaətindən və onun rəhbərliyi altında keçirilən döyüş əməliyyatlarından danışdılar.
O, 1993-cü il fevral ayının 19-da Ağdərənin Aterk kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin       15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Sədiyev Vəzir İsa oğluna ölümündən sonra "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" fəxri adı verilib.
Vəzir Sədiyev Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Tədbir 26 saylı  Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin ifasında kompozisiya ilə yekunlaşdı.

Keçidlər