Binəqədi qəsəbə bələdiyyəsində “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı seminar- müşavirə keçirildi
26 iyul tarixində Binəqədi Rayon İcra Hakimiyyəti ilə Binəqədi qəsəbə bələdiyyəsi arasında “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı seminar-müşavirə keçirildi.
Keçirilən seminar-müşavirədə Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai – siyasi və humanitar məsələlər, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşları, Binəqədi qəsəbə bələdiyyəsinin sədri, bələdiyyə quluqçuları və Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri iştirak etdilər.
Keçirilən görüşdə dini radikalizm və ektremizmə qarşı effektiv tədbirlərin həyata keçirilməsi, PR və mətbuatla iş, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarla işin koordinasiyalı qurulması və gənclərin asudə vaxtlarını səmərəli təşkili, sosial layihələrin keçirilməsi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparıldı.
İlk olaraq görüşü Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov açaraq RİH-nin məsul əməkdaşlarını bələdiyyə qulluqçularına təqdim etdi.
Daha sonra Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva bələdiyyə quluqçularını təqdim etdi və görüşün səmərəliyi haqqında məlumat verdi. O cümlədən, müzakirə edilcək məsələlərə diqqət çəkən natiq bələdiyyələrdə yaradılan ictimai-humanitar sektorun əhəmiyyətdən danışaraq, bu sahədə planlaşıdırlan layihələrdən danışdı.
Təqdimatlardan sonra hər iki tərəf arasında ictimai-siyasi və humanitar məsələlər sahəsində o cümlədən, təhsil, məktəbəqədər təhsil, səhiyyə, din, mədəniyyət, KİV-lə əməkdaşlıq, sosial şəbəkələrlə işin təkmilləşdirilməsi və eyni zamanda sosial layihələrin icra edilməsi sahəsində müzakirələr aparıldı. Müzakirələr zamanı bir sıra mühüm təkliflər irəli sürüldü və həmin təkliflərdən ibarət tədbirlər planının hazırlanması tövsiyyə olundu.
Müzakirələr zamanı Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri də təkliflərini irəli sürərək çıxışlar etdilər.
Tədbir zamanı Binəqədi qəsəbə bələdiyyəsində yeni yaradılmış İctimai-humanitar sektor haqqında məlumat verildi və ona rəhbərlik edəcək bələdiyyə üzvi Mətanət Nəsibova Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarına təqdim edildi.
Görüşün sonunda xatirə fotosu çəkdirildi.