Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin 1646 - Sakinlərin Müraciət Xidmətinə 2016-cı ilin 6 ayı ərzində daxil olmuş vətəndaşların müraciətlərinə baxılması vəziyyətinin təhlili

26 iyul 2016 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qarşılaşdığı problemlərin həll edilməsi istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün yaradılmış Sakinlərin Müraciət Xidmətinə 1 yanvar-30 iyun tarixlərində daxil olan zənglər təhlil edilərkən müəyyən edilmişdir ki, cavablandırılmış zənglərin sayı 18304, birbaşa cavablandırılan zənglərin sayı 14125,  yaradılan əks əlaqələrin sayı 4578, günlük orta zəng sayı 90, tərtib edilmiş şikayət vərəqələrinin sayı 4179 olub.

Şikayət xarakterli 4179  müraciətin, 3433-ü və ya 82,2 %-i tam həll olunub, 319-u və ya 7,6 %-i qismən həll edilib, 427-si və ya 10,2 %-nə müvafiq izahat verilərək həll edilib.

Daxil olmuş şikayətlərin 1650-si və ya 39,5 %-i qaz təchizatı, 1578-i və ya 38 %-i su-kanalizasiya,  348-i və ya 8,3 %-i lift problemləri, 227-si  və ya 5,4 %-i istilik təchizatı,  105-i və ya 2,5 %-i elektrik təchizatı, 92-i və ya 2,2 %-i sakinləri narahat edən digər məsələlər, 72-si və ya 1,7 %-i yolların yararsız olması, 49-u  və ya 1,2 %-i məişət tullantılar ilə əlaqədar, 31-i və ya 0,7 %-i isə küçələrin işıqlandırılması idarəsi, 27-si və ya 0,5 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar olub.

Xidmətə 6 ay ərzində 158 təşəkkür müraciəti daxil olub.

2015 və 2016-cı illərin 6 ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə (1646) daxil olmuş zənglər və onların sahələr üzrə bölgüsü

Daxil olmuş zənglər

2015 2016
Cavablandırılan zənglərin sayı - cəmi 15 335 18 304
onlardan: 
   
Birbaşa cavablandırılan zənglərin sayı 11 828 14 125
Tərtib edilən şikayət vərəqələrinin sayı 3 507 4 179
o cümlədən: 
   
su-kanalizasiya məsələləri 1593 1578
qaz təchizatı 700 1650
istilik təchizatı 235 227
lift problemləri 339 348
məişət və zibil tullantıları 126 49
yaşıllaşdırma idarəsi 35 27
küçələrin işıqlandırılması idarəsi 35 31
elektrik təchizatı 172 105
digər məsələlər 272 164

İcrası təmin edilən şikayətlərin sayı

3507 4179
onlardan: 
   
icrası tam həll olunan şikayətlərin sayı 2988 3433
qismən həll edilən şikayətlərin sayı 135 319
müvafiq izahat verilən şikayətlərin sayı 384 427
 

2015 və 2016-cı illərin 6 ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə (1646) daxil olmuş zənglər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2015 və 2016-cı illərin 6 ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə (1646) daxil olmuş zənglərin sahələr üzrə bölgüsü

 

 

Keçidlər