Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Əsl İslam və İslamafobiya” adlı tədbir keçirildi.

29 iyul 2016 | 11:00

29 iyul tarixində  Binəqədi rayonunda “Əsl İslam və İslamafobiya” adlı tədbir keçirilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşı Novruz Nuriyev, 83 saylı məktəb-liseyin direktoru Nəbi Mahmudov, Gənc İstedadların Maarifləndirmələrinə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Elçin Manafov, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri Fərhad Əliyev, ASAN Könüllüləri, ekspert- ilahiyyatçı, fəlsəfə üzrə fəlsəfə doktoru Vuqar Səmədov, rayon fəalları iştirak etmişdir.
Tədbirdə "Ekstremizm və terrorçuluğa qətiyyətlə yox deməklə cəmiyyətdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğindən, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərin bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olmasından, eləcə də, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olmasından, xalqımızın tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verməsindən bəhs olunmuşdur. Sonda tədbirin iştirakçılarına layihədə fəal iştirak etdiklərinə görə sertifikatlar təqdim olunmuşdur.

Keçidlər