Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2016-cı ilin iyul ayı ərzində aparılan abadlıq-quruculuq işləri ilə bağlı məlumat

01 avqust 2016 | 11:00

2016-cı ilin iyul ayında 176 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 40 p/m su xətti dəyişdirilib, 339 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 24 p/m kanalizasiya xətti dəyişdirilib, 3270 p/m kanalizasiya xətti təmizlənib.
Biləcəri qəsəbəsində 120 p/m, Sulutəpə yaşayış sahəsində 120 p/m yeni qaz xətti çəkilib. 150 ədəd mexaniki sayğac smart-kart tipli sayğaclarla əvəz edilib.
3 və 15 saylı İSİS-lərin xidməti sahələrində olan bütün qazanxana və istilik məntəqələrində təmir, bərpa və abadlaşdırma işləri yekunlaşıb.
Yəhya Hüseynov küçəsi 3-cü döngədə yerləşən 386 saylı qazanxanadan istiliklə təmin olunacaq  3a, 5a, 14a saylı binalara d=133 mm-lik 80 p/m, d=89 mm-lik 170 p/m,  d=76 mm-lik 90 p/m məhəllədaxili istilik xətləri çəkilib. Həmçinin həmin binaların aşağı paylama istilik sistemləri yenidən bərpa olunub. Qeyd olunan binaların istilik kameraları tikilib.
724, 153, 517, 306, 768, 1446, 858, 564 saylı TM-də profilaktiki işlər aparılıb.
6 mikrorayon, 120 saylı binaya yeni 0,4 kV-luq XLPE 4x70 mm2 L = 230 metr kabel xətti çəkilib.
8 mikrorayonda 2570 saylı TM-də 630 kVa transformator 1000 kVa ilə əvəz olunub.
Mikrorayonlar, Biləcəri qəsəbəsi və S.S.Axundov küçəsində 66 ədəd  yararsız  lampa və 145 metr yanmış kabel dəyişdirilib.
Hesabat dövründə M.Ə.Rəsulzadə qəsəbəsində 15 ədəd Xan Çinarı, 20 ədəd Şam ağacı, 3000 ədəd gül, Azadlıq prospektində 5000 ədəd gül əkilib. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri mütəmadi olaraq həyata keçirilib.     
İyul ayında Azadlıq prospekti 156, 158, 160 saylı 10 girişli, 5 mərtəbəli, eləcə də C.Hacıbəyli küçəsi 64, 66, 68, 70 saylı 14 girişli və Z.Bünyadov prospekti 7 saylı 3 girişli yaşayış binalarının girişləri əsaslı təmir işləri sona çatdılırıb, əsaslı təmir zamanı girişlərdə əlavə olaraq 30  yeni seyf dəmir qapı qoyulub, 135 ədəd yeni plastik pəncərə quraşdırılıb. 
Ərazidə tutumu 1000 litr olan 978 konteynerdən təmirə ehtiyacı olan 217 ədədinin  təkəri yenisi ilə əvəz edilib.
Ay ərzində Azadlıq prospekti boyunca 4 ədəd nümunəvi konteyner meydançası quraşdırılıb. 
6, 7, 8, 9-cu mikrorayonlarda məhəllədaxili işıq xətləri və dirəklərində cari təmir işləri aparılıb. Bu məqsədlə ümumilikdə 106 ədəd lampa dəyişdirilib.
8-ci mikrorayon ərazisində Azadlıq prospekti boyunca ikinci yolun yenidən qurulması zamanı 2000 p.m bordür yenisi ilə əvəz edilib, yolun köhnə asfalt örtüyü yenilənməsi üçün hazır vəziyyətə gətirilib. İkinci yolun bir tərəfinə hündürlüyü 0,8 metr olmaqla 1000 metr uzunluğunda istinad divarı hörülərək xüsusi daşlarla üzlənib. Bunlarla bərabər əsas yolla ikinci yol arasında yerləşən yaşıllıq zolağında bütün ağaclar budanıb, həmin əraziyə əlavə torpaq tökməklə 15000 kvadratmetr qazon vurulub, ağacların dibində xüsusi işıq effekti verən lampalar quraşdırılıb, 40 ədəd işıq dirəyi quraşdırılaraq dirəklərə, 120 dəst dibçəklərdə gül asılıb. Qazon salınan əraziyə 1500 ədəd dekorativ kol, 1200 ədəd gül-çiçək əkilib. Qazon əkilən ərazidə 4 ədəd xüsusi dizayn ilə bəzədilmiş keçid quraşdırılıb. 
Ay ərzində yaşayış evlərinin zirzəmilərində 192 p/m kanalizasiya xətti, 131 p/m su xətti dəyişdirilib.
Yaşayış evlərində 5234 kvadratmetr yumşaq dam örtüyü cari təmir edilib.
Mənzillərdə baş verə biləcək yanğın, partlayış və boğulma hallarının qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbir kimi ay ərzində 198 mənzildə tüstü və hava kanalları təmizlənib.

 

Keçidlər