Şriftin ölçüsü :

Saytın rəngi :

“Balacalarımızla ana dilimizi sevək” adlı tədbir keçirildi.

01 avqust 2016 | 11:00

Bu gün Binəqədi rayon İcra Hakimiyyətinin və Biləcəri bələdiyyəsinin təşkilatçılığı ilə Binəqədi rayonunda 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Binəqədi rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemində tədbir keçirilmişdir.
Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdir müavini Xuraman Ələkbərova, 298 saylı körpələr-evi uşaq bağçasının müdiri İradə Əhmədova və bağçanın balaca fidanları iştirak etmişdirlər. İlk öncə qonaqları qarşılayan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdir müavini Xuraman Ələkbərova hər kəsi salamlamış və kitabxana haqqında geniş məlumat vermişdir. Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayonunda 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə keçirilən “Balacalarımızla ana dilimizi sevək” adlı tədbir haqqında məlumat vermiş və 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününün yaranma tarixi haqqında çıxış etmişdir. Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev balaca fidanlarımıza hələ erkən yaşından kitab sevgisinin aşılanmasında bu cür layihələrin rolunun danılmaz olduğunu diqqətə çatdırmışdır. Sonra kitabxana ilə tanış olan 298 saylı körpələr evi – uşaq bağçasının balaca fidanlar xüsusilədə uşaqlar aləmi, multikulturalizm və ana dili guşələri ilə yaxından tanış olmuşdurlar. Ana dili ilə bağlı şeirlər söyləyən balaca fidanlar dövlət himnini ifa etmişdirlər. Müxtəlif nağıl personajlarını nümayiş etdirən balaca fidanlar üzərlərində Əlifba və Ana dili sözlərini yazmış yazılarla maraqlı flaşmobda nümayiş etdirmişdirlər.

Keçidlər