Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2016-cı ilin iyul ayında daxil olan müraciətlər haqqında hesabat

04 avqust 2016 | 11:00

2016-cı il iyul ayı üzrə statistik rəqəmləri əks etdirən göstəricilər təhlil edilərkən müəyyən edilmişdir ki, cavablandırılmış zənglərin sayı - 2748, birbaşa cavablandırılmış zənglərin sayı – 2280,  yaradılmış əks əlaqələrin sayı – 521, günlük  orta zəng sayı - 87, tərtib edilmiş şikayət vərəqələrinin sayı –468 olmuşdur. Şikayət xarakterli müraciətin 468-nin  icrası təmin edilmiş, o cümlədən  370-i və ya 79 %-i tam həll olunmuş,  50-si və ya 10,7 %-i qismən həll edilmiş,  48-i və ya 10,3 %-nə müvafiq izahat verilərək həll edilmişdir.İyul ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin  278-i və ya 59,4 %-i su-kanalizasiya, 72-si və ya  15,4 %-i qaz təchizatı,  49-u və ya 10,4 %-i lift problemləri,  27-si və ya 5,8 %-i sakinləri narahat edən digər məsələlər,  20-i  və ya 4,3 %-i elektrik təchizatı ilə bağlı, 11-i və ya 2,3 %-i məişət tullantılar ilə əlaqədar, 7-si və  ya 1,5 %-i yaşıllaşdırma idarəsi, 4-ü və ya 0,9 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar olmuşdur. Xidmətə daxil olan təşəkkürlərin sayı isə 26 olmuşdur.

Keçidlər