Bələdiyyə sədrləri və bələdiyyələrdə yaradılan “İctimai və humanitar” sektorun nümayəndələri ilə görüş keçirildi
28 iyul tarixindən başlayaraq Binəqədi Rayon İcra Hakimiyyəti ilə rayon ərazisində yerləşən 5 bələdiyyə arasında “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı keçirilən seminar – müşavirə öz işini yekunlaşdırmışdır. 04 avqust tarixində seminar-müşavirənin yekunu olaraq bələdiyyə sədrləri və bələdiyyələrdə yaradılan “İctimai və humanitar” sektorun rəhbərləri ilə görüş keçirilmişdir.Keçirilən görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, rayon ərazisində yerləşən 5 bələdiyyə sədrləri və bələdiyyələrdə yaradılan “İctimai və humanitar” sektorun nümayəndələri iştirak etmişdirlər.Görüşü açıq elan edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Binəqədi bələdiyyələri ilə rayon icra hakimiyyəti arasında “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı keçirilən seminar – müşavirənin işini yüksək qiymətləndirmiş və görüşlərin yekunu olaraq bələdiyyələrdə “İctimai və humanitar” sektorun yaradılmasının mühüm əhəmiyyətini vurğulamışdır.Daha sonra bələdiyyə sədrləri çıxış edərək sektorun qarşıya qoyduğu hədəflər və görülməsi nəzərdə tutulan təkliflər haqqında fikir mübadiləsi aparmışlar. Diqqətə çatdırılmışdır ki, bu sektorların yaradılması bələdiyyələrlə sakinlər arasında əlaqələri sıxlaşdıracaq, keçirilən sosial layihələr yerli özünüidarəetmə orqanının cəmiyyətdə nüfuzuna öz müsbət təsirini göstərəcəkdir.