Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi gəncləri 12 Avqust - Beynəlxalq Gənclər Günü münasibətilə Quba rayonunda oldular

12 avqust 2016 | 11:00

Binəqədi gəncləri 12 Avqust Beynəlxalq Gənclər Günü münasibətilə Quba rayonunda olmuşdurlar.Quba rayonuna səfər Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan bir qrup ASAN könüllüləri, rayonun yaradıcı gəncləri, “Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları, 2016-ci il təhsil ilində rayon üzrə 600-dən artıq bal toplayan şagirdlər, Xaricdə təhsil alan Binəqədi gəncləri, “Liderlik Məclisi” layihəsinin iştirakçıları, media nümayəndələri və rayonun digər fəal gəncləri iştirak etdilər.

Səfər çərçivəsində ilk öncə  gənclər Ulu Öndər Heydər Əliyevin  abidəsini ziyarət edərək, xatirəsini andılar. Daha sonra gənclər proqram çərçivəsində Heydər Əliyev Mərkəzi, Quba Gənclər Mərkəzinə ekskursiya edərək mərkəzlə yaxından tanış oldular və Mərkəzə Binəqədi rayonu adından hədiyyə təqdim edildi.

Ekskursiyadan sonra gənclər Quba Qolf Mərkəzində olmuş, mərkəzlə yaxından tanış olaraq, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşəkkürnaməsi təqdim edildi. Daha sonra gənclər Quba Qolf mərkəzində bir sıra idman yarışları həyata keçirdilər. İdman yarışlarından sonra gənclər Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək muzeylə yaxından tanış oldular.

Gənclər həmçinin 2016-ci ilin “Multikulturalizm ili” çərçivəsində gənclər Qırmızı Qəsəbədə olmuş və qəsəbədə yerləşən “Giləki” adlı sinaqoqu ziyarət etmişdirlər. Ziyarət zamanı gənclərimizə milli dəyərlərimizin qorunması və dövlətimiz tərəfindən bu sahədə görülən işlər haqqında geniş məlumat verildi. Görüş zamanı gəncləri maraqlandıran suallar cavablandırıldı və məbəd ilə yaxından tanışlıq oldu.

Ekskursiyalardan sonra gənclər Quba rayonu Qəçrəş istirahət mərkəzində günün sonunu maraqlı, yaddaqalan anlarla başa vurdular.

Keçidlər