Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında sakinlər üçün konsert proqramı təşkil olundu

15 avqust 2016 | 11:00

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin dəstəyi və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin K 53 M1 Musiqi Janrı Qrupu və DJ OK-un təqdimatında Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında konsert proqramı təşkil olundu.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin direktoru Labidə Batıyeva iştirak etdilər.
“Beynəlxalq Gənclər günü”nə təsadüf edən konsert proqramı gənclərin böyük marağına səbəb oldu.
Belə əyləncəli tədbirlərin həyata keçirilməsi mütəmadi xarakter alaraq, rayon sakinlərinin, o cümlədən gənclərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.

Keçidlər