“Apelyasiya Şuralarına elektron şikayət qəbulu” elektron xidmətinin idarəetmə panelindən istifadə qaydaları üzrə təlim keçirildi
16 avqust tarixində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin E-Hökumət Təlim Tədris Mərkəzində “Apelyasiya Şuralarına elektron şikayət qəbulu” elektron xidmətinin idarəetmə panelindən istifadə qaydaları üzrə təlim keçirildi.
Təlimdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri-Binəqədi Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının Katibliyinin rəhbəri Elnur İmanov, Hüquq şöbəsinin məsləhətçisi - Binəqədi Rayon İcra Hakimiyyətinin Apelyasiya Şurasının Katibliyinin üzvü Rövşən Aşırov iştirak etdilər.
Keçirilən təlimdə “Apellyasiya Şuralarına elektron şikayət qəbulu” elektron xidmətinin idarəetmə panelindən istifadə qaydaları üzrə məlumat verildi.
Artıq sahibkarlar Apelyasiya Şuralarına öz şikayətlərini (apellyasiya.e-gov.az) “Elektron hökumət” portalının əsas səhifəsində yerləşən “Apelyasiya Şuralarına Elektron Şikayətlər” bölməsi vasitəsilə göndərə biləcəklər. Eyni zamanda Apelyasiya Şuralarına kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər və onların icrası “Apelyasiya Şuralarına elektron şikayət qəbulu” elektron xidmətinə daxil ediləcəkdir.