“Fəlsəfi söhbət” layihəsi çərçivəsində növbəti görüş təşkil olundu
16 avqust 2016 | 11:00
Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyi, “Gənc Psixoloqlar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Fəlsəfi söhbət” layihəsi çərçivəsində növbəti görüş təşkil olundu.
“Doğma və qərib hisslər” mövzusuna həsr olunan bu dəfəki görüşün ekspert qonağı tanınmış telejurnalist Azər Qərib oldu.
Diskussiya formasında keçirilən görüşdə səyahət etmək, onun insan psixologiyasına təsiri, yad ölkədə yaşanılan hisslər və s. mövzular ətrafında müzakirələr aparıldı.
Auditoriyanı maraqlandıran suallar da qonaq tərəfindən cavablandırıldı.