Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbəsində fiziki imkanları məhdud uşaqlarla görüş keçirildi

16 avqust 2016 | 11:00

16 avqust tarixində Biləcəri bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə qəsəbə ərazisində yaşayan fiziki imkanları məhdud uşaqlarla “Mən anamın mələyiyəm” adlı görüş keçirildi.
Görüşdə Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, “İctimai-humanitar” sektorun nümayəndəsi Leyla Əliyeva, 11 saylı uşaq poliknikasının baş həkimi Məlahət İbrahimova və həkim briqadası iştirak etdi.
Onlar fiziki imkanları məhdud uşaqların evlərində oldu, onların ailələri ilə görüşdülər və uşaqların tibbi müayinəsini həyata keçirdilər.
Layihəni həyata keçirməkdə məqsəd fiziki imkanları məhdud olan uşaqların könlünü almaq, onların istək və arzularını həyata keçirmək, o cümlədən sağlamlıqlarının qorunması istiqamətində töhfələr verməkdir.

Keçidlər