Şriftin ölçüsü :

Saytın rəngi :

Xocəsən bələdiyyəsinin təşkilatçılığı ilə fiziki imkanları məhdud və aztəminatlı ailələrin uşaqları üçün gəzinti təşkil olundu

19 avqust 2016 | 11:00

19 avqust tarixində Xocəsən bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə qəsəbə ərazisində yaşayan birinci və ikinci qrup fiziki imkanları məhdud və  aztəminatlı ailələrin uşaqları üçün gəzinti təşkil olundu.
Ekskursiya zamanı balaca fidanlar Bakı şəhər Zooloji Parka gəzintiyə aparıldı, daha sonra  balacalar üçün əyləncəli gün təşkil edildi.
Bələdiyyələr tərəfindən bu cür sosial aksiyaların keçirilməsinin əsas məqsədi fiziki imkanları məhdud və aztəminatlı ailələrin uşaqlarının asudə vaxtlarını düzgün təşkil etməkdir.
Belə sosial layihələrin davamlı olması nəzərdə tutulub. 

Keçidlər