Bakı-Şamaxı magistral şose yolunun Binəqədi rayonu ərazisində yolun genişləndirilməsi işlərinə başlanılıb
20 avqust 2016 | 11:00
Bakı-Şamaxı magistral şose yolunun Binəqədi rayonu ərazisində (28 May qəsəbəsi) yolun genişləndirilməsi (6 zolaqlı yolun salınması) işlərinə başlanılıb.
Bununla əlaqədar yol kənarında mövcud olan 2376 m2 yaşıl çəmən örtüyünün, 486 ədəd dekorativ gül kolları və ağacların, 1694 p/m səki daşlarının, 1777 m2 tamet daşlarının, 13 ədəd oturacağın və 99 ədəd məhəccərin (179 p/m) yerinin dəyişdirilməsi işləri aparılır.
Əziz sakinlərimiz yaxın zamanlarda ərazi tam fərqli görünüşdə Sizlərin ixtiyarına veriləcəkdir.