Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Xurafat və dini radikalizmlə mübarizədə qadınların rolu” mövzusunda elmi-praktik konfrans keçirildi

23 avqust 2016 | 11:00

23 avqust 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Xurafat və dini radikalizmlə mübarizədə qadınların rolu” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Qadınlar Şurasının üzvləri, fəal qadınlar iştirak etdilər.
Konfransdan ilk öncə tədbirə dəvət edilmiş bütün xanımlar üçün çay süfrəsi təşkil edildi.
Konfransı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva açıq elan edərək bildirdi ki, Azərbaycan Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilir. Azərbaycan tolerant bir ölkə olduğu kimi ölkəmizdə hər zaman qadına böyük dəyər verilir. Eləcə də islamda qadına, anaya münasibət uca tutulur. Aygün Əliyeva bildirdi ki, bu gün ölkədə aparılan dövlət qadın siyasəti öz uğurlu nəticələrini verməkdədir, amma qadınlar dini radikalizmə və xurafata qarşı mübarizədə hər zaman diqqətli olmalı və bu cərəyanlara qarşı mübarizədə hər zaman maariflənməlidirlər.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova radikalizmə meyl edilməsinin əsasında xurafatın, məlumatsızlığın dayandığını bildirdi. Xüsusilə də qadınlar radikalizmlə mübarizədə daha təkmil olmalıdırlar. Çünki cəmiyyətə yetişən nəsli təqdim edən analardır, valideynlərdir. Biz övladlarımızı din adı altında müxtəlif təbliğatlar aparan şəbəkələrdən qorumalıyıq.  
Sonra konfransda “Yas mərasimlərində dini təbliğin düzgün aparılmaması”, “Dini radikalizmin qurbanına çevrilmiş qadınlar”, “Xurafatın zərərləri, falçılıq” mövzuları ətrafında müzakirələr aparıldı.
Daha sonra çıxış edən YAP Binəqədi rayon Təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı. O, bildirdi ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak ediblər.
Tədbirin sonunda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən dəvət olunmuş ekspertlərə hədiyyələr təqdim etdi.

Keçidlər