Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Füzuli və Cəbrayıl rayonlarının işğal günü ilə bağlı görüş keçirildi

23 avqust 2016 | 11:00

23 avqust tarixində Binəqədi bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə Füzuli və Cəbrayıl rayonlarının işğal günü ilə bağlı məcburi köçkünlərlə görüş keçirildi.
Keçirilən görüşdə Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Kərimova, Bələdiyyənin “İctimai-humanitar” sektorunun rəhbəri İradə Mustafayeva, bələdiyyənin üzvləri, Füzuli rayonundan məcburi köçkün olan xanəndə Eldəniz Məmmədov  və “Binəqədi” qəzeti iştirak etdilər.
Binəqədi bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə Füzuli və Cəbrayıl rayonlarının işğal günü ilə bağlı keçirilən görüş Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsində məskunlaşan Füzuli rayonundan məcburi köçkün olan Ələkbərova Tamamgilin ailəsində oldu.
Ailəni ziyarət edən görüş iştirakçıları Füzuli və Cəbrayıl rayonlarını bir daha xatırladı, işğal günündə belə bir görüşün keçirilməsinin əhəmiyyəti vurğuladı.
Ailə bu cür görüş üçün ölkə rəhbərliyinə, o cümlədən rayon rəhbərliyinə təşəkkür etdi, həmçinin onlar üçün Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan şəraitin və hal-hazırda yaşadıqları binanın buna baris nümunə olduğunu bildirdilər. Həmçinin onuda əlavə etdilər ki, bu gün dövlət başçısı tərəfindən məcburi köçkün olan ailələrin məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə müsbət işlər görülür.
Səmimi keçən görüşdə bildirildi ki, çox yaxın zamanlarda torpaqlarımız  işğaldan azad olacaq və biz belə görüşləri Qarabağda, Şuşada, Xankəndində, Füzulidə, Cəbrayıl və digər torpaqlarımızda qeyd edəcəyik.
Görüşün sonunda xatirə fotosu çəkildi.

Keçidlər