Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbəsinin ağsaqqal və ağbirçəkləri ilə görüş keçirildi

26 avqust 2016 | 11:00

26 avqust tarixində Biləcəri bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə Biləcəri qəsəbəsinin ağsaqqal və ağbirçəkləri ilə görüş keçirildi.
Görüşdə Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar  məsələlər  şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev və Biləcəri bələdiyyəsinin sədr müavini Sahib Nağdəliyev iştirak etdilər.
Tədbiri bələdiyyənin sədri açıq elan edərək yaşlı nəsli salamladı və  tədbirdə iştirak etdiklərinə görə onlara öz təşəkkürünü bildirdi. O, eyni zamanda öz çıxışında onların məsləhətinə hər  zaman ehtiyac olduğunu və bu qəsəbə üçün hər birinin dəyərli olduqlarını öz çıxışında  vurğuladı.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı  Seymur Hacıyev cənab Prezident  İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə əhalinin, xüsusilə də, yaşlı nəslin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, xüsusi qayğıya ehtiyacı olanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd etdi. Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən görüşdə ölkəmizdə yaşlı nəsilə  göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlıq bildirildi.
Tədbirdə qarşıdan gələn 26 sentyabr Refendum günü haqqında geniş fikir mübadiləsi aparıldı.

Keçidlər