Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda rəqs qruplarının təqdimatında konsert proqramı keçirildi

29 avqust 2016 | 11:00

29 avqust 2016-cı il tarixdə Heydər Əliyev adına istirahət parkında rayon sakinləri və şəhərimizin qonaqlarının yay aylarında asudə vaxtlarının səmərəli təşkili məqsədilə rəqs qruplarının təqdimatında konsert proqramı keçirildi.

Konsert proqramında gənc rəqqasların təqdimatında “Sən gəlməz oldun” (solo), Qaraçı rəqsi (solo), İspan rəqsi, müasir rəqslər – Tudji- “Stay”, “Fly project-toka-toka”, “Thriller”, “Save me”; “Arşın mal alan” (qızların rəqsi), hind rəqsləri-“Pinka” (qızlar), “Fotoko” (Fatimə və qrup); “Dilşadi”, “Cəngi” rəqsləri nümayiş etdirildi.

Konsert proqramının gedişatında aparıcı Kamran İsrafilov tərəfindən viktorina keçirildi və qaliblərə simvolik hədiyyələr təqdim olundu.

 

Keçidlər